Tramp: Harrislə ikinci debat etmək üçün “çox gecdir”backend

Tramp: Harrislə ikinci debat etmək üçün “çox gecdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdəki rəqibi Kəmalə Harrislə yeni debat keçirməyin artıq gec olduğu fikrini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Problem ondadır ki, yeni debatların vaxtı artıq keçib. Artıq səsvermə başlayıb. Onun bizi dəvət edən Fox ilə birlikdə keçirmək şansı var idi və mən buna hazırlaşırdım”, – deyə siyasətçi Şimali Karolinada tərəfdarları ilə görüşdə bildirib.

Tramp hesab edir ki, Harris seçki yarışında ondan xeyli geri qaldığı üçün yeni debat təşkil etmək istəyir.