ABŞ Zelenskinin Rusiya ilə NATO arasında müharibəyə doğru yeni addımını açıqlayıbbackend

ABŞ Zelenskinin Rusiya ilə NATO arasında müharibəyə doğru yeni addımını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydendən NATO qoşunlarının Ukraynada yerləşdirilməsini xahiş edəcəyi iddia edilir.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş köməkçisi Ças Friman “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib.

“New Yorkda Zelenski açıq-aydın Baydenə bütün (əraziləri) Ukraynaya qaytarmaq üçün sehrli planı barədə danışacaq. Düşünürəm ki, bu plan NATO qoşunlarının Qərbi Ukraynada yerləşdirilməsini nəzərdə tutur”, – o bildirib.

Friman əlavə edib ki, belə bir addım Rusiya ilə NATO bloku arasında birbaşa müharibənin başlamasını yaxınlaşdıracaq.

Zelenski bu yaxınlarda bildirib ki, Kiyev nə ABŞ, nə də Böyük Britaniyadan Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadəyə hələ icazə almayıb. O əlavə edib ki, Ukraynanın müttəfiqləri münaqişənin mümkün gərginləşməsindən ehtiyat edirlər.

Öz növbəsində Amerikanın “Financial Times” nəşri yazıb ki, Zelenski noyabrda keçiriləcək seçkilərdən sonra ABŞ prezidenti Co Bayden vəzifəsini tərk etməzdən əvvəl “qələbə planını” həyata keçirməyə ümid edir.