Yaponiyada güclü yağışlar səbəbindən 60 minə yaxın insana təxliyə xəbərdarlığı göndərilibbackend

Yaponiyada güclü yağışlar səbəbindən 60 minə yaxın insana təxliyə xəbərdarlığı göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın İşikava prefekturasındakı Noto yarımadasında yaşayan 60 minə yaxın insana güclü yağışlar səbəbindən təxliyyə edilmələri tövsiyə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS yerli administrasiyanın məlumatlarına istinadən məlumat yayıb.

Son məlumatlara görə, tüğyan edən təbii fəlakət nəticəsində bir nəfər ölüb, müxtəlif mənbələrə görə 6-10 nəfər itkin düşüb. Uzun sürən yağışlar nəticəsində yarımadada çoxlu evləri su basıb. Bəzi binalar da sürüşmə nəticəsində dağılıb.