Fransız lüks geyim məhsulları istehsal edən LVMH-nin qurucusu və icraçı direktoru Bernard Arnaultun sərvəti sürətlə azalır.
NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, altı ay əvvəl dünyanın ən zəngin adamı olan Arnaultun sərvəti ötən müddətdə 54 milyard dollar azalaraq beşinci yerə düşüb.
Arnault martın sonunda təxminən 231 milyard dollar sərvətə sahib idi və o, “Tesla”nın baş direktoru İlon Maskı və “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyaraq birinci yerə yüksəlmişdi. Moda nəhənginin sərvəti mart ayından bu yana 54 milyard dollar azalıb.
Sentyabrın 20-nə olan məlumata görə, Arnaultun sərvəti 177,1 milyard dollara düşüb.
Son məlumata əsasən, dünyanın ən varlı adamı Maskdır. Onun sərvətinin bazar dəyəri 256,4 milyard dollardır. Maskı 214 milyard dollar sərvəti ilə Bezos, 199,2 milyard dollar sərvəti ilə Zukerberq, 179,7 milyard dollar sərvəti ilə Lari Elison izləyir.