Dünyanın ən yaxşı hotelləri bunlardır – SİYAHIbackend

Dünyanın ən yaxşı hotelləri bunlardır – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il üzrə dünyanın 50 ən yaxşı hotellərinin adları açıqlanıb.

NOCOMMENT.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “The World’s 50 Best Hotels” şəbəkəsinin münsifləri müəyyənləşdirib.

Qiymətləndirmədə beynəlxalq mehmanxana sənayesində böyük təcrübəyə malik 580 ekspertin iştirak etdiyi bildirilir.

“Dünyanın ən yaxşı hoteli” adını Banqkokdakı beşulduzlu “Capella Bangkok” hoteli qazanıb. Onun yerləşdirmə qabiliyyətinə 100-dən çox geniş otaqlar və villalar daxildir.

İkinci yerdə isə İtaliyanın beşulduzlu “Passalacqua” hoteli qərarlaşıb. O, 18-ci əsrə aid villada yerləşir və cəmi 24 otaqdan ibarətdir.

Üçüncü yeri isə Honq-Konqdakı “Rosewood Hong Kong” hoteli qazanıb. Beşulduzlu hotelin dəbdəbəli mərmərlə bəzədilmiş 413 otağı var.

İlk onluğa Parisin “Cheval Blanc”, Honq-Konqun “The Upper House”, Sinqapurun “Raffles Singapore”, Tokionun “Aman Tokyo”, Maldiv adalarının “Soneva Fushi”, Dubayın “Atlantis The Royal”və İndoneziyanın “Nihi Sumba” hotelləri daxil olub.