ABŞ yeni dəniz əsaslı raketini sınaqdan keçirəcəkbackend

ABŞ yeni dəniz əsaslı raketini sınaqdan keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “Lockheed Martin” şirkəti 2025-ci ildə yeni hava-yer raketi AGM-179 Birgə Hava-Yer Raketinin (JAGM) dəniz versiyasını sınaqdan keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Breaking Defence məlumat yayıb.

Qeyd olunur ki, ötən həftə şirkət Avstraliyada keçirilən sərgidə JAGM işəsalma qurğuları olan qayıq modelini təqdim edib. Mk IV patrul katerini xatırladan gəmi dörd raketi yerləşdirə bilən dörd JAGM Quad Launcher (JQL) alıb. JQL yerüstü gəmilərdən və döyüş maşınlarından raket atmağa imkan verir.

Nəşrin mənbəsi bildirib ki, gəmi əsaslı JAGM-lər dəniz dronları və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Raket AGM-114R Hellfire raketinin təkan sistemi və döyüş başlığı əsasında qurulub, çox rejimli istiqamətləndirmə sistemləri ilə təchiz edilib. JAGM diapazonu 8 kilometrdir.