İran Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə qayıtmağa hazırdır və nüvə silahının inkişafını davam etdirmək niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.
“Biz saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq, lakin belə olmamalıdır ki, ABŞ və Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmək istəməyib, öz növbəsində bizdən öz öhdəliklərimizə qayıtmağı xahiş etsinlər”, – Pezeşkian bildirib.
İran prezidenti əlavə edib ki, bir çox ölkələr əsassız olaraq Tehranı nüvə silahı yaratmaq cəhdində ittiham edib, lakin MAQATE-nin yaxından müşahidəsi və onların qiymətləndirmələri bu ittihamları təkzib edir.