Bakıda gözəllik salonunda arvadını öldürən şəxs hökmdən narazıdırbackend

Bakıda gözəllik salonunda arvadını öldürən şəxs hökmdən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 26-na təyin edilib.

 

Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Stil” gözəllik salonunda 1978-ci il təvəllüdlü paytaxt sakini Aynur Rzayeva bıçaqlanıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.

 

Məlum olub ki, hadisəni Aynur Rzayevanın keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Zaur Rzayev törədib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, Zaur Rzayev keçmiş arvadı ilə barışmaq istəyib. Amma Aynur Rzayeva barışmaqdan imtina edib. Onların arasında mübahisə yaranıb, mübahisə sonda qanlı cinayətlə nəticələnib.

 

İstintaq orqanı tərəfindən Zaur Rzayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.