Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının inşası 26 milyon manata başa gələcəkbackend

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binasının inşası 26 milyon manata başa gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşasına sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi bununla bağlı tender elan edib və hazırda tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisinə 26 088 044 manat vəsaitin sərf olunacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, yeni inzibati bina üçün Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasının yaxınlığı nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.