Cənub-Şərqi Asiya ölkələri ardıcıl tayfun, tufan və yağışlar səbəbindən fəlakət yaşayır.
NOCOMMENT.az dünya mediasına istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya ölkələrində bu il şiddətli musson mövsümü və bölgədə ardıcıl tayfun və tropik fırtınaların törətdiyi fəlakətlər səbəbindən insan itkisi artır.
Belə ki, bölgədə həyatını itirənlərin sayı 700-ə çatıb.
Bu il fəlakətlər nəticəsində Vyetnam, Myanma, Tailand və Laosda yüzlərlə insan həyatını itirib. Yağışların milyonlarla insana təsir etdiyi ölkələrdə su basmış bir çox yaşayış məntəqəsində çətin şəraitdə axtarış-xilasetmə və yardım işləri davam edir.