Niderland Ukraynaya kritik infrastrukturun bərpası üçün 209,5 milyon avro dəyərində yeni yardım paketi göndərəcək.
NOCOMMENT.az “Unian”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kaspar Veldkamp bildirib.
“Niderland həmçinin Ukraynanın Enerji Dəstəyi Fonduna 45 milyon avro ayıracaq və lazımi avadanlıqların tədarükünü maliyyələşdirəcək” – nazir deyib.