Dünyanın ən dəyərli aviaşirkətləri – TOP 10backend

Dünyanın ən dəyərli aviaşirkətləri – TOP 10

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən qiymətli aviaşirkətlərinin adı açıqlanıb.

NOCOMMENT.az-ın araşdırmasına görə, ABŞ-nin ən böyük hava yolu şirkətlərindən biri olan “Delta Air Lines” dünyanın ən dəyərli aviaşirkətidir. Belə ki, aviaşirkətin bazar dəyəri bu il 34 milyard dollar təşkil edib.

Siyahıda ikinci yerdə 22,7 milyard dollar dəyərində bazar dəyəri ilə İrlandiyanın “Ryanair” şirkəti qərarlaşıb.

Dünyanın ən dəyərli digər aviaşirkətləri isə bunlardır:

Aviaşirkət Bazar dəyəri
Delta 34  milyard dollar
Ryanair 22,7 milyard dollar
United Airlines 18 milyard dollar
Southwest 16,6 milyard dollar
Singapore Airlines 15 milyard dollar
Turkish Airlines 13,8 milyard dollar
International Airlines 11 milyard dollar
American Airlines 9,6 milyard dollar
All Nipon Airways 9 milyard dollar
Latam Airlines 8,9 milyard dollar

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, aviaşirkətlərin ümumi gəliri bu il yaxşılaşacaq:

  • Bu il xalis mənfəət 30,5 milyard dollara çatacaq;
  • Əməliyyat mənfəəti 52,2 milyard dollardan 59,9 milyard dollara yüksələcək;
  • Ümumi gəlirlər 996 milyard dollara, xərclər isə 936 milyard dollara çatacaq;
  • Turistlərin sayı rekord səviyyəyə – 4,96 milyard nəfərə yüksələcək;
  • Ümumi hava yüklərinin həcmi 62 milyon ton olacaq.