Peskovdan müharibənin nə vaxt bitəcəyi ilə bağlı AÇIQLAMAbackend

Peskovdan müharibənin nə vaxt bitəcəyi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna savaşının nə vaxt bitəcəyini açıqlayıb.

NOCOMMENT.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Peskov qeyd edib ki, Rusiya Federasiyası məqsədlərinə çatdıqda müharibə başa çatacaq.

 

O, fikirlərini bu cür ifadə edib: “İstənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır, lakin bizim üçün məqsədlərimizə çatmaqdan başqa alternativ yoxdur”.

 

Peskov həmçinin əlavə edib ki, bu məqsədlərə nail olmaq yolları prosesdə müəyyən ediləcək.