Xarkovda partlayış səsləri eşidilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri öz Telegram kanalında məlumat yayıb.
Moskva vaxtı ilə saat 15:23-də Ukraynanın əhalisinin sayına görə ikinci şəhərində silsilə partlayışlar barədə xəbərlər yayılmağa başlayıb. Partlayışların səbəbləri və yerləri dəqiqləşdirilməyib.
Bundan əvvəl Xarkov meri İqor Terekhov şəhərdə güclü partlayışın baş verdiyini bildirib . Bələdiyyə sədri bu məsələ ilə bağlı ətraflı məlumat verməyib.