Paytaxtın Xəzər rayonunda 35/6 kV-luq 2×10 MVA gücündə “455” saylı yarımstansiya yenidən qurulacaq.
NOCOMMENT.az xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı hazırlıqlara başlayıb.
Qurum yarımstansiyanın yenidənqurulması və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işlərini “Amfa Construction” şirkətinə həvalə edib.
Bununla bağlı “Azərişıq”la şirkət arasında dəyəri 4 442 291,61 manat olan müqavilə bağlanılıb.