Rusiyanın Primorye diyarında bağ evində iki nəfəri parçalayan ayını yaralayıblar.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.
Kişilərə hücum etdikdən sonra yırtıcı gecə saatlarında Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb.
Polis və Milli Qvardiya vəziyyətə müdaxilə edib. Onlar avtomobillərə reydlər keçirirlər. Onlara heyvanı məhv etmək icazəsi verilib.