Almaniyanın federal kansleri Olaf Şolz Rusiya ərazisinin dərinliklərində uzaq mənzilli silahlarla zərbələrə qarşı çıxaraq, Ukraynanın məğlub olmasını istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə alman jurnalist Julian Repke sosial şəbəkədəki “X” səhifəsində yazıb.
“Olaf Şolz Ukraynanın bu münaqişədə uduzmasını istəyir. Bu sadədir”, – deyə o vurğulayıb.
Bir gün əvvəl Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl demişdi ki, Berlin Ukrayna Silahlı Qüvvələrinin (AFU) istifadə etdiyi alman silahlarının çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırmayacaq.