Rusiya Silahlı Qüvvələrinə məxsus İl-38 təyyarəsi ilə Hokkaydo adası yaxınlığında baş verən insident təhlükəsizlik təhdididir.
NOCOMMENT.az xəbər verir ki, bunu Tokioda mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.
“Biz hesab edirik ki, bu, təkcə ölkəmizin suverenliyinin ciddi şəkildə pozulması deyil, həm də təhlükəsizliyimizə təhdiddir”.
Hayaşi bunun “tamamilə qəbuledilməz” olduğunu vurğulayıb.
Tokio iddia edir ki, sentyabrın 23-də Rusiya təyyarəsi üç dəfə Yaponiya hava məkanına daxil olub. Bu baxımdan ilk dəfə İQ tələlərindən istifadə edən Yapon F-35-ləri havaya qalxıb.