FHN üçün azad olunmuş iki rayonda depo binası inşa ediləcəkbackend

FHN üçün azad olunmuş iki rayonda depo binası inşa ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğından Mühafizə Hissəsinin 4 çıxışlı yanğınsöndürmə depo binası inşa olunacaq.

NOCOMMENT.az xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Nazirlik tikinti işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Xatırladaq ki, Şuşa, Ağdam və Ağdərə rayonunda da Dövlət Yanğından Mühafizə Xidməti üçün binaların inşası nəzərdə tutulub.