Çinin Mərkəzi Bankı iqtisadiyyatı dəstəkləmək üçün pul siyasətini əhəmiyyətli dərəcədə yumşaldıb.
NOCOMMENT.az xəbər verir ki, Mərkəzi Bank orta müddətli kredit üzrə bir illik faiz dərəcəsini 2,3 faizdən 2 faizə endirib.
Mərkəzi Bank Çində valyuta və pul siyasətinə cavabdeh olan orqandır. Onun həyata keçirdiyi tədbirlər dünyanın ikinci ən böyük iqtisadiyyatında stabil artımı dəstəkləmək məqsədi daşıyır.
Faiz dərəcəsinin aşağı salınması dünyanın ikinci ən böyük iqtisadiyyatına inamı bərpa etmək üçün geniş proqramın bir hissəsidir.