Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma çoxumuz bunun səbəbini bilmirik və üzüyümüzü hamı kimi sol əlimizin adsız barmağına taxırıq.
Bəs nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, nişan üzüklərinin tarixi 13-cü əsrə, Roma imperiyasına gedib çıxır. O vaxt Roma papası III İnnokenti nişan və toy mərasimləri arasında müəyyən qədər fasilə verilməsinə göstəriş verib. Üzüklərin də istifadəsinə bundan sonra başlanılıb.
Üzüyün sol əlin adsız barmağına taxılması da yunan və romalılardan qalan ənənədir. Onlar bu barmağı birbaşa ürəyə qədər uzanan “Vena amroris” və ya “sevgi venası”na görə seçiblər. İlk üzüklər dəmirdən, sonrakılar isə qızıldan hazırlanıb. Brilliantlar isə sonradan dizayna əlavə olunub. Tarixdə həyat yoldaşına ilk brilliant üzük hədiyyə edən kişi Avstriya Ershersoqu Maksimiliandır. O bu hədiyyəni 1477-ci ildə edib. 1930-cu ilə qədər isə brilliant qaşlı üzüklər ancaq zənginlərin hədiyyə edə biləcəyi əşya olub.
Cənubi Afrikada böyük almaz mədənləri kəşf edildikdən sonra, 1930-cu ildə “Diamond Jewellery” adlı şirkət brilliantı geniş kütlələrə çatdıra bilib.