Ərdoğan NATO-nun Ukraynanı alyansa qəbul etmək istəmədiyini etiraf edibbackend

Ərdoğan NATO-nun Ukraynanı alyansa qəbul etmək istəmədiyini etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və bir sıra digər NATO üzvləri Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək istəmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NBC News-a eksklüziv müsahibəsində danışıb.

“ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir. Bir çox NATO ölkələri də Ukraynanın alyansa üzv olmasını istəmir”, – Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Ukraynanın NATO-ya namizəd olmasının lehinə və ya əleyhinədir, kollektiv şəkildə səs vermək lazımdır.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın dərhal NATO-ya qəbul edilməsini tələb edib.