Livanın tam blokadaya alınacağı təqdirdə ölkədə üç-dörd aylıq ərzaq ehtiyatı var.
NOCOMMENT.az xəbər verir ki, bunu Livanın Supermarket Sahibləri Sindikatının rəhbəri Nabil Fəhd deyib.
“Mövcud problemlərə baxmayaraq, indiki mərhələdə ölkədə ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Ölkədə tam blokada olacağı təqdirdə əsas ərzaq növlərinin ehtiyatı 3-4 ay, un ehtiyatı isə bir ay yarım kifayət edəcək”, – o bildirib.