Fransa Ukraynadan Şampan adını qadağan edibbackend

Fransa Ukraynadan “Şampan” adını qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ukraynaya Odessa yaxınlığındakı Nadejdovka qəsəbəsinin adını “Şampan” adlandırmağı qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri özünün Teleqram kanalında Beşinci Respublikanın səfirliyinin Ali Radanın spikeri Ruslan Stefançuka ünvanlanmış məktubuna istinadən məlumat yayıb.

Odessa vilayətindəki Nadejdovkanın adının Fransadakı tarixi üzümçülük rayonuna bənzətməklə dəyişdirilməsi planlaşdırılırdı. Məqsəd adının hüquqlarını ödəmədən “Şampan” köpüklü şərab istehsal etmək idi. Fransa tərəfi razılığı olmadan bu adda içkilərin istehsalına icazə vermir.