ABŞ-ın Vermont əyalətindəki Benninqton üçbucağı illərdir paranormal hadisələr və yoxa çıxmalarla məşhurdur. Bu ərazi haqqında əvvəlki yazılarımızda məlumat vermişdik.
Bu sirli ərazidə bəziləri seriyalı qatilin olduğuna inanır, bəziləri isə paranormal hadisələrdən şübhələnir.
Bəs, niyə bu sirr pərdəsi qaldırıla bilmir?
NOCOMMENT.az bildirir ki, ABŞ-ın əsrarəngiz bölgələrindən biri olan Benninqton üçbucağı Vermont ştatındakı Qlastenberi dağını və ətrafını əhatə edir. Uzun illər əvvəl kiçik bir taxta şəhərciyi olan Qlastenberi 19-cu əsrin sonunda tərk edilmiş və o vaxtdan bəri toxunulmaz bir təbiət möcüzəsi olaraq qalmışdır.
Lakin bu yer təkcə təbiəti ilə deyil, həm də davamlı yoxa çıxmaları, qəribə hadisələri ilə məşhurdur.
Paranormal həvəskarlar bölgəni Bermud üçbucağına bənzədirsələr də, burada baş verənlər həmişə eyni sualı ağıllard saxlayırdı:
Nə baş verir?
Benninqton üçbucağındakı müəmmalı hadisələr 1945-ci ildə Middie Rivers adlı 74 yaşlı ov bələdçisinin yoxa çıxması ilə başlayıb. Ərazidə dörd ovçuya rəhbərlik edərkən o, qəfil yox olub.
Bölgəni beş barmağı kimi bilən bu təcrübəli ovçunu 8 gün ərzində 300-dən çox könüllü və əsgər axtarıb.
Bununla belə, çaylardan heç bir iz tapılmayıb. Bu itkin düşmə bölgədə ilk müəmmalı hadisə idi və hətta sonradan qəribə hallar da yaşanmağa başladı.
Bir il sonra Vermont tarixində ən məşhur itkinlərdən biri baş verdi. 18 yaşlı kollec tələbəsi Paula Welden Şükran Günü tətili zamanı uzun cığırla yola çıxıb və bir daha geri qayıtmayıb.
1000-dən çox könüllü, təyyarə və polis bölmələri səfərbər edilsə də, Welden haqqında ən kiçik bir ipucu belə tapılmayıb.
İtkilər təkcə piyada gedənlərlə məhdudlaşmırdı. Ceyms E. Tedford adlı 68 yaşlı kişi avtobusda olarkən qəfildən yoxa çıxıb.
Hadisə şahidləri və sürücü Tedfordun son dayanacağa qədər avtobusda olduğunu təsdiqləsələr də, avtobus Benninqtona çatanda Tedford ətrafda olmayıb. Oturacağında yalnız əşyaları qalıb.
Bu itkilərə əlavə olaraq, Benninqton Üçbucağında UFO və Bigfoot kimi paranormal varlıqların göründüyünə dair şayiələr də bölgədəki sirri artırıb.
Bəziləri yoxa çıxanların seriyalı qatilin işi ola biləcəyini irəli sürsələr də, qurbanların yaş və cinslərinin müxtəlifliyi səbəbindən bu nəzəriyyə o qədər də etibarlılığını doğrultmayıb.
Benninqton üçbucağında bu itkinlərin ortaq cəhəti isə odur ki, onlar adətən ilin son aylarında, saat 15-16 radələri arasında baş verir. Bundan başqa, nə itkin düşənlərin hara getdiyi, nə də bu hadisələri izah edəcək hər hansı dəlil tapılmır.