Sosial ödənişlər üzrə əhaliyə 5 milyard manatdan çox vəsait yönəldilibbackend

Sosial ödənişlər üzrə əhaliyə 5 milyard manatdan çox vəsait yönəldilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 8 ayında da davam edib.

NOCOMMENT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 855 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 522 milyon manat və ya 9,7 faiz çoxdur.\\ İqtisadiyyat.az