Aİ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək üçün kollektiv icazə verməkdən imtina edibbackend

Aİ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək üçün kollektiv icazə verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələri Kiyevin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsi ilə bağlı kollektiv qərar qəbul etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Avropa Komissiyasından məlumat verilib.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano hesab edir ki, Aİ üzvlərinə silahdan istifadə ilə bağlı məsləhətlər vermək Avropa Komissiyasının səlahiyyətlərinə aid deyil.

Onun sözlərinə görə, Ukraynanın Rusiya Federasiyası ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək üçün “ayrılmaz hüququ” var.