Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Co Baydenlə qəbula dəvətinin ləğv edilməsinə cavab verərək, bu addımı qeyri-ciddi adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Baydenlə qəbula dəvət üç gün əvvəl göndərilib, lakin sonra ləğv edilib. O, bu mövzuya “xüsusi şərh” verə bilməyəcəyini vurğulayıb.
“Bu ciddi deyil. Bu, bir növ Gürcüstan müxalifətinin xeyrinə humanitar hərəkət idi, lakin bunun müxalifət üçün də praktiki nəticəsi olmayacaq”, – deyə siyasətçi bildirib.