Abbas Fələstin və İsrail arasında sülhməramlı qüvvələrin yaradılmasını istəyibbackend

Abbas Fələstin və İsrail arasında sülhməramlı qüvvələrin yaradılmasını istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında müharibə başa çatdıqdan sonra Fələstin və İsrail arasında beynəlxalq sülhməramlı qüvvə yaradılmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas deyib.

O, BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib ki, bu, hər iki dövlətin təhlükəsizliyini təmin etmək üçün lazımdır.

“Biz iki dövlətin təhlükəsizliyini təmin etmək üçün Fələstin və İsrail arasında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasını BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiq etməyə çağırırıq”, – deyə TASS-dan sitat gətirir.

Bundan əvvəl BMT Baş Assambleyası İsraildən Fələstini tərk etməyi tələb edən qətnamə qəbul edib.