Dünyada dollara inamın sarsıdılması sonda Atlantik sistemin və ABŞ-ın özünün dağılmasına səbəb ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu “RİA Novosti”yə açıqlamasında deyib.
Siyasətçi qeyd edib ki, hazırkı beynəlxalq siyasi şəraitdə ölkələr dollara inamın aşınmasını görür. Topkurulunun fikrincə, alternativ ödəniş vasitəsinin ortaya çıxması “dolların sonuna gətirib çıxaracaq” və bu, “ABŞ-ın dağılması” ilə nəticələnəcək.
Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ixracı üçün rublla ödənişlərin payı 40%-ə yaxınlaşır, bu əməliyyatlarda Qərb valyutalarının payı azaldığı halda, Rusiya Federasiyası bu istiqamətdə fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, 2023-cü ildə Qərb valyutaları ilə Rusiya ixracına görə ödənişlərin payı iki dəfə azalıb.