Bu ay Almaniyada işsizlik 6% təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyi açıqlama verib.
Almaniya əhalisinə görə, 6% təxminən 17 min nəfərin işsiz qalması deməkdir.
Bu, işsizliyin artdığı ardıcıl dördüncü aydır və 2021-ci ilin may ayından bəri ən yüksək səviyyədədir.
Həmçinin sentyabrda açıq vakansiyaların sayı 696 min olub ki, bu da avqust göstəricisindən 3 min, keçən ilin eyni ayından isə 65 min azdır.