Qətər Qəzza əhalisinə 100 milyon dollar ayıracaqbackend

Qətər Qəzza əhalisinə 100 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva Əl-Xatər deyib.

Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini maliyyələşdirmək üçün istifadə olunacaq.