Çin səhmləri rekord həddə yüksəlibbackend

Çin səhmləri rekord həddə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyətinin iqtisadiyyatı stimullaşdırmaq qərarından sonra Çin şirkətlərinin səhmləri 2008-ci ildən bəri bir həftə ərzində ən yüksək səviyyəyə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Pekinin fond bazarına 114 milyard dollar investisiyası Şanxay və Şençjen birjalarının şirkətlərinin daxil olduğu CSI 300 indeksinin 15,7% artmasına səbəb olub.

Bildirilib ki, həmçinin Çinin iqtisadi stimullaşdırma tədbirləri neft istisna olmaqla, əksər əmtəələrin qiymətlərinin artmasına səbəb olub: “Neft qiymətləri Səudiyyə Ərəbistanının hasilatı artıracağı ilə bağlı şayiələr fonunda ucuzlaşıb. Eyni zamanda, mis, alüminium və sink kimi sənaye metallarının qiyməti Çindən gələn tələblə bağlı bahalaşıb. Məsələn, sentyabrın 24-dən mis 5%-dən çox bahalaşaraq bir ton üçün 10 min dollar həddini keçib”.