Bu ilin avqustunda ABŞ əhalisinin gəlirləri əvvəlki ayla müqayisədə 0,2% artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin hesabatında deyilir.
Məlumatda eyni zamanda bildirilib ki, avqustda ölkə əhalisinin xərcləri də 0,2% artıb. İyulda isə əhalinin gəlirləri 0,3%, xərcləri isə 0,5% artıb.
Ərzaq və enerji resurslarının dəyərini nəzərə almayan PCE Core indeksi avqustda aylıq 0,1%, illik müqayisədə isə 2,7% artıb. İyulda birinci göstərici 0,2%, ikinci göstərici 2,6% artıb.
Qeyd edək ki, PCE indeksi Federal Ehtiyat Sisteminin inflyasiya risklərini qiymətləndirərkən izlədiyi əsas göstəricidir.
Əlavə edək ki, istehlak xərcləri ABŞ iqtisadiyyatının təxminən 70%-ni təşkil edir.