Bu avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaqbackend

Bu avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 sentyabr saat 06:00-dan etibarən Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazinin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.