“Fənərbaxça”nın keçmiş futbolçusu güllələnibbackend

“Fənərbaxça”nın keçmiş futbolçusu güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu Serhat Akın naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, sabiq futbolçu bu barədə sosial media hesabında paylaşım edib.

Ayağından güllə yarası alan Serhat Akın xəstəxanaya yerləşdirilib. Akının səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Serhat Akın sentyabrın 21-də keçirilmiş “Fənərbaxça-Qalatasaray” derbisindən sonra qatıldığı proqramlardan birində təhdid edildiyini bildirmişdi.

Baş vermiş hadisə ilə bağlı “Fənərbaxça” klubu açıqlama yayıb. Klub açıqlamasında keçmiş futbolçusunun silahlı hücuma məruz qalmasını pisləyib, Serhat Akına tezliklə sağalmağı arzulayıb.

“Şübhəlilərin tezliklə ədalət qarşısında hesab verməsini gözləyirik”, – deyə klubun açıqlamasında vurğulanır.

Onu da əlavə edək ki, Serhat Akın “Fənərbaxça” klubunun hazırkı prezidenti Ali Koça qarşı əks mövqeyi ilə seçilir.

Serhat Akın Ali Koçun klubdakı fəaliyyətini kəskin tənqid edir, onun istefaya getməli olduğunu bildirir.