Kobaxidze: Müharibə və sülhün qiymətini xalqa xatırlatmaq vacibdirbackend

Kobaxidze: Müharibə və sülhün qiymətini xalqa xatırlatmaq vacibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Kobaxidze izah edib ki, Ukraynada hərbi əməliyyatlar zamanı dağıntıların hakim “Gürcü Arzusu” partiyasının seçki bannerlərində əks olunan şəkilləri gürcü xalqına müharibə və sülhün bahasını xatırlatmaq məqsədi daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz gürcü xalqına müharibənin və sülhün qiymətinin nə olduğunu xatırlatmalıyıq”, – Gürcüstan hökumətinin başçısı bildirib.

O, Gürcüstanda Donetsk və Mariupolun görüntüləri olan təbliğat plakatlarını şərh edərkən xatırladıb ki, vaxtilə yüksək rütbəli Ukrayna rəsmiləri Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çağırıblar.

Baş nazir əlavə edib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakimiyyəti bərpa etmək istəyən Gürcüstan müxalifətinin yeganə məqsədi bir həftə ərzində “ikinci cəbhə” açmaqdır.