Sumqayıtda ağır qəza: Ölən varbackend

Sumqayıtda ağır qəza: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. 

NOCOMMENT.az xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

Nəticədə “Ford”da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.