İsrail Beyrutun ətrafına dörd raket zərbəsi endiribbackend

İsrail Beyrutun ətrafına dörd raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafı olan Şueifat bölgəsinə dörd raket zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Al Jadeed məlumat yayıb.

Telekanalın məlumatına görə, yaşayış kompleksinin ərazisində güclü partlayışlar baş verib. İsrail Hərbi Hava Qüvvələri yeraltı dayanacağa hücum edib. Zərbələrin baş verdiyi yerə təcili yardım və yanğınsöndürən maşınlar gəlib.