ABŞ prezidenti Co Bayden İsrail və Livan arasındakı sərhəd bölgəsində hərbi əməliyyatların dayandırılmasının vacibliyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Atəşkəsin vaxtı çatıb”, – deyə o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 23-də İDF Livanda “Hizbullah”ın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib . Əməliyyat “Şimal oxları” adlanıb.