Alimlər 1 milyondan çox qalaktikanın dəqiq yerini müəyyən ediblərbackend

Alimlər 1 milyondan çox qalaktikanın dəqiq yerini müəyyən ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq astronomlar qrupu məlum Kainatda 1 milyondan çox qalaktikanın dəqiq mövqelərini müəyyənləşdirib.

NOCOMMENT.az xəbər verir ki, tədqiqat Royal Astronomical Society (MNRAS) adlı elmi jurnalda dərc olunub.

“Sürətlənən Kainatın Fizikası” adlı layihədə 14 elmi institut iştirak edib. Mütəxəssislər müşahidələr üçün İspaniyanın La Palma adasındakı 4,2 metrlik William Herschel teleskopunda PAUCam kamerasından istifadə ediblər.

Yeni texnologiyanın istifadəsi komandaya Yerdən 10 milyard işıq ilindən çox məsafədə yerləşən qalaktikaları aşkar etməyə və yerləşdirməyə imkan verdi.

“Tədqiqat bizə qalaktikaların əsasən qaranlıq maddədən ibarət olan ətraf mühitlə necə əlaqəli olduğunu öyrənməyə və müəyyən növ və parlaqlığa malik qalaktikaların nə qədər uzaqda olduğunu anlamağa imkan verəcək ki, bu da bizə daha dəqiq elmi araşdırmalar aparmağa kömək edəcək”, – komanda üzvü, London Universitet Kollecindən professor Bendjamin Joachimi bildirib.

Yeni kataloq astronomlara Kainatda strukturun necə formalaşdığını anlamaq və qaranlıq maddə və qaranlıq enerjinin təsiri altında Kainatın genişlənməsini öyrənmək üçün daha dəqiq xəritələr yaratmağa imkan verəcək.