İsrail Hizbullah Hərəkatının lideri Həsən Nasrallahla bağlı əməliyyatla əlaqədar ABŞ-ı aviazərbə üçün təyyarələr artıq havada olarkən və əməliyyat başlayarkən məlumatlandırıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Pentaqonun sözçüsü Sabrina Sinqh Beyruta hava zərbəsi endirildiyi zaman İsrail müdafiə naziri Yoav Gallantın ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı olduğunu açıqlayıb. Bu da İsrailin ABŞ-ı Beyruta hava zərbəsi endirilməzdən bir neçə dəqiqə əvvəl Yoav Gallant vasitəsi ilə məlumatlandırdığından xəbər verir.
İsrailin adının çəkilməsini istəməyən məmuru da ABŞ-ın əməliyyatdan bir neçə dəqiqə əvvəl məlumatlandırıldığını təsdiqləyib.