Nazirlik “OMD” uşaq xəstəxanasının direktoruna cərimə yazdıbackend

Nazirlik “OMD” uşaq xəstəxanasının direktoruna cərimə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “OMD – uşaq xəstəxanası” kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovaya cərimə yazıb.

NOCOMMENT.az xəbər verir ki, xanım direktor əmək qanunvericiliyinin tələblərindən birini pozmaqda ittiham olunur.

Belə ki, DƏMX A.Poluxova barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Qurumun cərimə qərarından narazı qalan direktor məhkəməyə şikayət edib. Onun şikayəti Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə araşdırılacaq.

Həkim direktor barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir

Xatırladaq ki, A.Poluxova ötən ilin dekabrında “OMD”yə rəhbərlik edir.