ABŞ-dən Çinlə gərginliyi daha da artıracaq addım: 567 milyon dollar…backend

ABŞ-dən Çinlə gərginliyi daha da artıracaq addım: 567 milyon dollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Çinlə gərginliyi daha da artıracaq addım atıb.

 

NOCOMMENT.az bildirir ki, Co Bayden Tayvana 567 milyon dollar yardımın ayrılmasına qərar verib.  Sözügedən yardım müdafiə məqsədilə ayrılıb.

 

Bildirilib ki, Ağ Ev rəhbəri ABŞ dövlət katibinə Tayvana yardım göstərmək üçün müvafiq qurumun müdafiə məhsulları və xidmətləri, hərbi təhsil və təlimlərindən 567 milyon dollara qədər ixtisar etmək səlahiyyəti verib.  Qərarla bağlı əlavə izahat açıqlanmayıb.

 

Qeyd edək ki, aprel ayında Bayden ABŞ-nin İsrail və Tayvana, eləcə də Ukraynaya milyardlarla dollarlıq yeni yardımını nəzərdə tutan qanun layihəsini imzalayıb.

 

Xatırladaq ki, rəsmi diplomatik əlaqələri olmasa da, ABŞ Tayvanın ən mühüm beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır. Çin isə son 5 ildə Tayvana siyasi və hərbi təzyiqləri artırıb.