Dünən axşam İran və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclası keçirilib. Tədbirdə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tejarat News” saytı yazıb.
Görüşdə İran və Rusiya arasında ortaq məsələlərdə regional əməkdaşlığın möhkəmləndirilməsini qeyd edən birinci vitse-prezident deyib:
“Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır. Sərhədlərdə istənilən dəyişiklik bölgənin geosiyasi gərginliyinə və regiondankənar aktorların sui-istifadəsinə yol açacaq”.