Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli bıçaqlanaraq öldürüldübackend

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli bıçaqlanaraq öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib.

21 bıçaq yarası alan siyasi mühacir Vidadi İsgəndərli Fransanın Müluz şəhərində xəstəxanada vəfat edib.

NOCOMMENT.az AzTimes.az-a istinadən xəbər verir ki, bu barədə Turan agentliyinə onun qardaşı Oktay İsgəndərli məlumat verib. Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma sistemini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.