Fransanın yeni baş naziri Ukraynaya dəstəyi davam etdirəcəyinə söz veribbackend

Fransanın yeni baş naziri Ukraynaya dəstəyi davam etdirəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın yeni baş naziri Mişel Barnye ölkənin Rusiya ilə münaqişəsində Ukraynaya dəstək kursunun dəyişməz olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Müvafiq bəyanat Fransa Milli Assambleyasında çıxışı zamanı verilib. Barnye deputatlara yeni formalaşdırdığı hökumətin prioritetləri barədə danışıb.

Baş nazirin sözlərinə görə, Fransa iki il yarımdır ki, “ölkələrinin suverenliyi və paylaşdığımız dəyərlər uğrunda” mübarizə aparan Ukrayna xalqını dəstəkləməyə davam edəcək.