Qazaxıstan Xarici İşlər Nazirliyi ölkənin İsraildəki vətəndaşları üçün səfirliyin tövsiyələrini dərc edib.
NOCOMMENT.az xəbər verir ki, məlumatda bildirilir: “Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstanın Tel-Əvivdəki səfirliyi İsraildə olan bütün Qazaxıstan vətəndaşlarına yüksək təhlükəsizlik tədbirlərinə riayət etməyi, sayıq və ehtiyatlı olmağı tövsiyə edir”.
Bundan əlavə, Qazaxıstan Respublikası vətəndaşlarına son xəbərləri izləmək, həmçinin Qazaxıstan səfirliyi ilə əlaqədə qalmaq təkidlə məsləhət görülür.