Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı artırılacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin bu haqda təklifləri noyabrın 1-nədək təqdim edəcəyi gözlənilir.
Bəs bu artımlar kimlərə şamil olunacaq?
NOCOMMENT.az Referans.az-a istinadən xəbər verir ki, minimum əməkhaqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan işçilərə şamil olunacaq.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, artımlar pensiya alan vətəndaşları da sevindirəcək.