Ölüm tarixini təxmin edən saat hazırlandıbackend

Ölüm tarixini təxmin edən saat hazırlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda yerləşən Tally Health biotexnologiya şirkəti yanaq hüceyrələrindəki DNT dəyişikliklərini araşdıraraq bir insanın bir il ərzində öləcəyini təxmin edə bilən “CheekAge” adlı epigenetik saat hazırlayıb.

NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki,bu saat bioloji yaşın hesablanmasına və hüceyrələrin nə qədər yaşlı olduğunu aşkar etməyə əsaslanır.

CheekAge tüpürcək nümunələrindən əldə edilən yanaq hüceyrələrini analiz edərək insanın bioloji yaşını və DNT-sindəki dəyişiklikləri araşdırır. Tədqiqatlar DNT-dəki epigenetik dəyişikliklərin ölümlə güclü əlaqəyə malik olduğunu ortaya qoyub.

Bu saat bir il ərzində ölüm riskini proqnozlaşdırmaq üçün nəzərdə tutulub və ölən 1513 nəfərin məlumatlarının təhlili əsasında hazırlanıb.

Epigenetik saat insanın bioloji yaşını genetika, stress, yuxu rejimi, yemək vərdişləri və siqaret kimi faktorlara əsaslanaraq qiymətləndirir. Buna görə də, insanın həqiqi yaşından kiçik və ya böyük olması mümkündür.

Mütəxəssislər bildiriblər ki, epigenetik saat gələcəkdə daha geniş auditoriyaya tətbiq oluna bilər və ömrün proqnozlaşdırılmasında istifadə edilə bilər.